Gəncədə Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş təşkil edilib

Gəncədə Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş təşkil edilib

3 iyun 2026-cı il tarixində Gəncə şəhərində “3 iyun – Dünya Velosiped Günü” münasibətilə veloyürüş keçirilib. Tədbir Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyası və Gəncə Gənclər Evi-nin birgə təşkilatçılığı ilə reallaşıb.

Veloyürüş Heydər Əliyev Park-Kompleksi ərazisində yerləşən Zəfər Tağının qarşısından start götürüb və şəhərin velosiped zolağı istiqamətində davam edib. İştirakçılar 6 kilometrdən artıq məsafə qət edərək yürüşü yenidən Zəfər Tağının qarşısında tamamlayıblar.

Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və velosiped idman növünün geniş təşviqi olub.

Veloyürüş iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə və böyük maraqla qarşılanıb.

Mənbə: patriotnews.com.az