Azərbaycan Texnologiya Universitetinin nümayəndələri İspaniyada birhəftəlik təlimdə iştirak ediblər

Azərbaycan Texnologiya Universitetinin nümayəndələri İspaniyada birhəftəlik təlimdə iştirak ediblər

 

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov və ali məktəbin bir neçə əməkdaşı Bakı Biznes Universitetinin koordinatoru olduğu, Avropa Komissiyası tərəfindən maliyyələşən “Erasmus+” proqramının EQAC layihəsi (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) çərçivəsində İspaniyanın Alikante şəhərində təşkil olunan 1 həftəlik təlimdə iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın 11 ali təhsil müəssisəsindən və xarici tərəfdaş universitetlərdən olan nümayəndələrin iştirakı ilə keçirilən təlimin əsas mövzusu universitetlərdə keyfiyyətin təminatı sisteminin qurulması olub.

Təlimlərdə universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib, mərkəzin strukturunun formalaşması və inkişafı üçün görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az