Milli Hidrometeorologiya Xidməti iyunun 27-28-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, həftəsonu Bakıda, Abşeron yarımadasında və bəzi rayonlarda şimal-qərb küləyi güclənəcək.
Narıncı xəbərdarlığa əsasən paytaxt və yarımada ilə yanaşı Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı və Qobustanda küləyin sürəti saniyədə 20.8-28.4 metrə çatacaq.
Azərbaycanın digər bölgələrində isə sarı xəbərdarlıq qüvvədə olacaq. Həmin ərazilərdə küləyin sürətinin saniyədə 13.9–20.7 metr təşkil edəcəyi gözlənilir. Sürücülərə və sakinlərə küləkli hava şəraitində diqqətli olmaq tövsiyə edilir.
Mənbə: demokrat.az