“3 milyard baxışım var” – Şuşa Forumunun iştirakçısından tənqidlərə cavab

“3 milyard baxışım var” – Şuşa Forumunun iştirakçısından   tənqidlərə cavab

IV Şuşa Qlobal Media Forumuna blogerlərin dəvət olunması sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır.

Forum iştirakçılarından olan bloger Kamran Rəzimov ünvanına səslənən tənqidlərə videomüraciətlə cavab verib.
O, bildirib ki, artıq üç ildir CBC kanalında çalışır və fəaliyyətini yalnız blogerliklə məhdudlaşdırmaq düzgün deyil.
Kamran Rəzimov, həmçinin sosial şəbəkələrdəki fəaliyyətinə diqqət çəkərək, səhifələrinin ümumilikdə 3 milyard baxış topladığını bildirib.
“Elə bir adam göstərin ki, səhifələrində 3 milyard baxış olsun və ölkəsini layiqincə təmsil etməsin”, – deyə o vurğulayıb.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda jurnalistlərlə yanaşı, bir sıra bloger və rəqəmsal kontent istehsalçıları da iştirak edib. Məhz bu məsələ son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: www.bakupost.az