Goranboyda Vətən müharibəsində evləri dağılan şəxslərə ilkin kompensasiyalar ödənilib - FOTO

Goranboyda Vətən müharibəsində evləri dağılan şəxslərə ilkin kompensasiyalar ödənilib - FOTO

Vətən müharibəsi zamanı Goranboy rayonunun sərhəd kəndlərində vətəndaşlara məxsus 371 ev dağılıb. Nazirlər Kabineti yanında yaradılan işçi qrupu sözügedən rayon üzrə dağıdılan evlərin və vətəndaşlara dəyən ziyanın ilkin araşdırmasını yekunlaşdırıb.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov BAKU.WS-in bölgə müxbirinə bildirib ki, sakinlərə dəyən ziyanın ödənilməsi üçün dövlət tərəfindən Goranboy rayon İcra Hakimiyyətinə 421 min 500 manat vəsait ayrılıb ki, bu vəsaitlər də ziyan dəyən şəxslərin kart hesablarına köçürülüb:

"Ayrılan vəsait əsasən yararsız hala düşən əşyaların yenilənməsi üçün nəzərdə tutulub. Evlərin bərpasına gəlincə, bərpa idarəsinin əməkdaşları rayona ezam olunacaq və dağılan və ya yararsız vəziyyətə düşən evlər bərpa olunacaq".

Məlumat üçün bildirək ki, Goranboy rayonunda əsasən Tapqaraqoyunlu, Hacallı, Zeyvə, Qaraçinar, Aşagı Ağcakənd, Meşəlli və Yenikənd kəndlərində dağıntılar daha çox olub.

Mənbə: baku.ws