Zəminə Əliyeva: “Bu illər ərzində mənim ürəyim kimi, onun qəbri də üşüyüb” - VİDEO

Zəminə Əliyeva: “Bu illər ərzində mənim ürəyim kimi, onun qəbri də üşüyüb” - VİDEO

Energetika nazirinin müşaviri Zəminə Əliyeva anasının Zəngilandakı məzarından görüntülər yayımlayıb.

Görüntülər Z.Əliyevanın şəxsi sosial media hesabında paylaşılıb.

O, videonu belə şərh edib:

"Bu, anamın dağıdılmış məzarıdır. Qohumlar Zəngilana gedib, mənim üçün çəkib göndəriblər. Sonsuz təşəkkürümü bildirirəm.

Məzara gəldikdə isə, başdaşı yoxdur. Sinə daşı sınıb qalıb. Yəqin ki, izini itirməyim deyə. Üzərindəki sözləri də yağış, qar silib artıq.

27 ildir anamın məzarı açıqdır. Mənim ürəyim kimi, onun də qəbri üşüyüb bu illər ərzində".

 

Mənbə: www.oxu.az