Magistraturaya imtahan iki dəfə olacaq? - AÇIQLAMA

Magistraturaya imtahan iki dəfə olacaq? - AÇIQLAMA

Sosial şəbəkələrdə bu il guya magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi barədə məlumatlar paylaşılır. Bu isə magistraturaya hazırlaşan bakalavrlar arasında çaşqınlıq yaranmasına səbəb olub.

Məsələylə bağlı KONKRET.az-a açıqlama verən DİM-in mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, sözügedən imtahanların iki dəfə keçirilməsi barədə məlumatlar həqiqəti əks etdirmir:

“Magistraturaya qəbul imtahanları ilə bağlı belə bir qərar yoxdur. İmtahan bir mərhələli keçiriləcək. Yalnız abituriyentlər üçün ali məktəbə qəbul imtahanları iki mərhələlidir”.

Mənbə: konkret.az