Qusarın Böyük Muruq kəndinin sakinlərinə əvvəlcə Afiqin itkin düşdüyü deyilmişdi. İki ay yarımdan sonra ailəsi daha ağır xəbər aldı
Vətən müharibəsində vuruşan 22 yaşlı, müddətdən artıq qulluq edən Qusar sakini Afiq Namiq oğlu Həsənov 3 oktyabrdan itkin düşmüş kimi qeydə alınıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, dünən Afiqin ailəsinə onun şəhid olduğu haqda xəbər gəlib. Şəhidimiz bu gün doğulduğu Böyük Muruq kəndində torpağa tapşırılıb.
Azərbaycan Müdafiə Nazirliyinin yanvarın 11-də yaydığı məlumata görə, indiyədək 2841 şəhidimiz dəfn olunub, 64 nəfər itkin düşmüş sayılır.