Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib

“Timberwolf Phoenix” MMC-nin vitse prezidenti İrina Tsukermanın moderatorluğu ilə “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə keçirilib.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, protoierey Elnur Əfəndiyev və Azərbaycanın Gürcü Yəhudi İcmasının sədr müavini, ravvin Zamir İsayev iştirak ediblər.

Çıxışlarda Azərbaycan tarixində müxtəlif dinlərarası tolerantlıq nümunələrindən söhbət açılıb.

Məruzəçilər Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd ediblər.

Müzakirələr 2 saat davam edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

SONRAKI XƏBƏR

Messinin Antonellasından maraqlı görüntülər - Video