Qanunsuz ayrılmış 8.200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib

Qanunsuz ayrılmış 8.200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib

2020-ci ildə 409 min icra sənədinin icrasının təmin edilib, 700 milyon manat vəsaitin fiziki və hüquqi şəxslərə, habelə vergi borcları üzrə büdcəyə ödətdirilib.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov videokonfrans formatında keçirilən kollegiya iclasında bildirib.

Nazir deyib ki, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi imkanı yaradılıb.

Nazir qeyd edib ki, məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 35.000-ə yaxın işə baxılıb, bələdiyyələrin 77.000-dən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 8.200 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.

Mənbə: apa.az