Ötən il 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb

2020-ci ildə Ədliyyə Nazirliyi tərəfindən 1800-dək qanunvericilik aktı layihəsi hazırlanıb, 3300-ə yaxın akt hüquqi ekspertizadan keçirilib, 3,9 milyon notariat hərəkəti rəsmiləşdirilib, 290 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Nazirliyin 2020-ci yekunlarına həsr olunan videokonfrans formatında keçirilən geniş kollegiya iclasında bildirib.

Fikrət Məmmədov qeyd edib ki, bu əməliyyatlarla bağlı 7 milyon manat vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 36 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.

"Mobil notariat"ın funksionallığı artırılaraq, bir sıra etibarnamələrin mobil qaydada verilməsi təmin edilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il 7 siyasi partiya dövlət qeydiyyatına alınıb

SONRAKI XƏBƏR

"Göz dağı gözdən uzaq olmamalıdır..." - VİDEO