Azərbaycan qəhrəmanları haqqında məqalələr “Vikipediya”nın rusdilli seqmentindən çıxardılıb - FOTO

“Vikipedia”nın rus dilli seqmentindən Zəngilan rayonunun Ağbənd kəndinin azad edilməsi uğrunda erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Xudayar Yusifzadəyə məxsus məqalə yoxa çıxıb.

İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq simvollarından birinə çevrilən X.Yusifzadə haqqında material 31 dekabr 2020-ci ildə “Vikipediya”da dərc edilib, lakin yanvarın 13-də administratorlar səhifəni əhəmiyyətsiz hesab edərək silib.

Üstəlik, şəhid Xudayar Yusifzadənin “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medallarla təltif olunması da onları inandırmayıb.

Guya bu məlumat “Vikipediya”nın rus dilində olan seqmenti üçün əhəmiyyətsizdir.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)

SONRAKI XƏBƏR

Bəzi şəxslər nə üçün COVİD-19-a yoluxmurlar? - Alimlər araşdırırlar