Rusiyada bu tarixdən kütləvi vaksinasiyaya başlanılır

Rusiyada bu tarixdən  kütləvi vaksinasiyaya başlanılır

Yanvarın 18-dən etibarən Rusiyada əhalinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova aparıcı epidemioloq və virusoloqlarla görüşdə bildirib.

“Ölkə prezidenti 18 yanvar 2021-ci il tarixindən kütləvi vaksinasiyaya başlanılmasını elan edib”, - Qolikova belə deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirus infeksiyasına qarşı indiyədək iki yerli peyvənd qeydiyyata alınıb, üçüncü peyvənd isə hazırlanma mərhələsindədir.

Mənbə: apa.az