Hindistan avqustun əvvəlinə qədər 300 milyon insanı peyvənd etməyi planlaşdırır

Hindistan avqustun əvvəlinə qədər 300 milyon insanı peyvənd etməyi planlaşdırır

Hindistan bu gündən etibarən dünyanın ən böyük peyvənd proqramlarından birinə başlayır.

Hökumət koronavirusa qarşı 1.3 milyardan mox insanın peyvənd edilməsini hədəfləyib.

Qeyd edək ki, ölkədə "Covishield" və "Covaxin" peyvəndləri artıq təsdiqlənib.

Bildirilir ki, vaksinasiya prosesinə əvvəlcə səhiyyə işçiləri, daha sonra digər risk qruplarına aid insanlar cəlb ediləcək. İlkin mərhələdə təxminən 10 milyon tibb işçisinin peyvənd ediləcəyi gözlənilir. Hökumət avqustun əvvəlinə qədər 300 milyon insanı peyvənd etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, Hindistan dünyada COVID-19 infeksiyasına yoluxma sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Mənbə: www.realtv.az