Bəzi şəxslər nə üçün COVİD-19-a yoluxmurlar? - Alimlər araşdırırlar

Bəzi şəxslər nə üçün COVİD-19-a yoluxmurlar? - Alimlər araşdırırlar

Peterburq alimləri müəyyən etmək istəyirlər ki, nə üçün bəzi adamlar xəstələrlə bilavasitə təmasda olsalar da COVİD-19 infeksiyasına yoluxmurlar.

«Doktor Piter» nəşrinin yazdığı kimi, perspektiv tibbi tədqiqatlar və fəaliyyətlər Fondu yeni koronavirus infeksiyasına anadangəlmə davamlılıq fenomeninin genetikasını öyrənməyi planlayırlar.

Tibb işçiləri qeyd edirlər ki, bu insanların genetik unikallığının öyrənilməsi onların virusa personal reaksiyası ilə proqnoz edilə və xəstəliyin yeni effektli müalicə üsulları işlənib hazırlana bilər.

«Nəzərdə tutulan tədqiqatın başlıca çətinliyi elmi üsulların mürəkkəbliyi ilə yox, əhali arasından bu qrup insanların müəyyən edilməsi ilə şərtlənir. Onlar axı xəstələnmirlər - onları infeksion xəstəxanalarda və ya poliklinikalarda görmək olmur, özləri isə öz unikallıqlarına diqqət yetirmirlər» - Fondun təsisçisi akademik Mixail Dubina bildirib.

Mənbə: azpolitika.info