Hindistanda müsəlman və induistlər donuz əti satışına qarşı birləşdi...

Hindistanda müsəlman və induistlər donuz əti satışına qarşı birləşdi...

Hindistanın Madhya-Pradeş əyalətində donuz əti satışına icazə verilməsi müsəlmanları və induistləri birləşdirib.

Moderator.az xəbər verir ki, bu haqda “Hindustan Times” qəzetinin 15 yanvar tarixli sayında məlumat yayılıb.

Madhya-Pradeş heyvandarlıq və quşçuluğun inkişafı korporasiyası donuz əti satmaq üçün bir köşkə icazə verib. Məhz bu qərar induist və müsəlman dini liderlərin etirazlarına səbəb olub. Dini liderlər hökumətdən donuz əti satılan köşk qurulması üçün verilmiş icazəni ləğv etməsini xahiş edirlər.

Sultan Laçın

Mənbə: moderator.az