Akif İslamzadə: “Səbr kasası daşmalı idi, ya yox?..” - Müsahibə

Akif İslamzadə: “Səbr kasası daşmalı idi, ya yox?..” - Müsahibə

Prezident mükafatçısı, müğənni Akif İslamzadə Teleqraf.com-un qısa suallarını cavablandırıb.

- Televiziyalara çıxmırsınız... Niyə?

- Bəli, televiziyalara çox çıxmıram. Çıxa biləcəyim verilişlər yoxdur.

- Ümumiyyətlə, televiziyalarımızı izləyirsinizmi?

- Xeyr, telekanallarımızı daim izləmirəm.

- Akif müəllim, Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?

- Əlbəttə, haqlı davamızda qalib gələcəyimizi gözləyirdim. Bu mənim böyük arzum idi.

- Qələbə xəbərlərini necə qarşıladınız?

- Gözü yolda qalan və bu xəbərin həsrətində olan adamlar kimi... Qələbəni çox böyük sevinclə qarşıladım.

- Topraqlarımızın yaxın zamanda azad ediləcəyini gözləyirdinizmi?

- Bəli, bundan artıq gözləməyə səbrimiz yox idi. Səbr kasası daşmalı idi, ya yox?!

- Hazırda ölkəmizdə pandemiya davam edir. Virusdan özünüzü və ailənizi necə qoruyursunuz?

- Camaat necə, bizdə elə...Təbii ki, hər birimiz özümüzü və yaxınlarımızı qorumağa çalışmalıyıq.

Mənbə: teleqraf.com