Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib – Prezidentin köməkçisi

Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib – Prezidentin köməkçisi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz nəticəsini verməkdədir.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov deyib ki, pandemiyanın 2-ci dalğasının aşağı enməsini yaşayırıq: “Ancaq növbəti mərhələdə virusun yenidən artması baş verə bilər. Bunun qarşısını almaq üçün ölkədə vaksinasiyanın tətbiq olunması vacib əhəmiyyət daşıyır”.

Ş.Mövsümöv əlavə edib ki, yoluxmaların sayında azalma sərt karantin rejimində bir sıra yumşalmaların tətbiq edilməsinə imkan verir.

Mənbə: az.trend.az