“Növbəti həftələrdə yoluxmaların sayı arta bilər" - Prezidentin köməkçisi

“Növbəti həftələrdə yoluxmaların sayı arta bilər" - Prezidentin köməkçisi

"Rəqəmlərdən göründüyü kimi dalğavari baş verən pandemiyanın ikinci hissəsini artıq aşağı enməyə başlamışıq. Ümid edirik ki, bu proses bir neçə həftə davam edəcək. Ondan sonra sabitləşəcək. Lakin növbəti həftələrdə yoluxmaların sayının yenə də artması mümkün ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Oöerativ Qərargahın brifinqində deyib.
O bildirib ki, bunun qarşısının alınması üçün vaksinasiyanın başlanması böyük önəm daşıyır.

Mənbə: www.yeniavaz.com