“İctimai yerlərdə tibbi maska taxmağı unutmayaq” – DEPUTAT

“İctimai yerlərdə tibbi maska taxmağı unutmayaq” – DEPUTAT

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən yanvarın 18-dən etibarən koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin bir qismi tədricən ləğv ediləcək. Yaxşı xəbərdir, deməli pandemiyanın geniş yayılmasının qarşısını əsasən almaq mümkün olub".

Cebhe.info xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, məhdudiyyətlərin bir qisminin götürülməsi sərbəstliyimizin artmasına, yaxın adamlarla ünsiyyətlərimizin davam etməsinə, yüz minlərlə iş yerlərinin bərpasına səbəb olacaq:

"Ancaq məhdudiyyətlərin azaldılması heç də ehtiyatlılığımızı yaddan çıxmasına səbəb olmamalıdır. Koronovirus hələ də aramızdadır, o kiçik bir ehtiyatsızlıq axtarır ki, hücuma keçsin.

Yenə də ictimai yerlərdə tibbi maska taxmağı unutmayaq, əllərimizi tez-tez yuyaq, üstümüzdə kiçik şüşədə spirt gəzdirək və aramızda daima sosial məsafə saxlayaq.

Təəssüf ki, ictimai yerlərdə, xüsusi ilə də ticarət mərkəzlərində insanlarımız sosial məsafə gözləməyə meyilli deyillər. Hesab edilir ki, maska taxılması onları koronavirusdan tam xilas edir. Koronavirusa tutulub-tutulmamaq hər kəsin özündən asılıdır. Məhdudiyyətlər bu məsələdə bizə sadəcə olaraq dəstəkdir".

 

 

Mənbə: cebhe.info