Operativ Qərargahın yeni qərarlarının qısa - İzahı

Operativ Qərargahın yeni qərarlarının qısa  - İzahı

Xəbər verdiyimiz kimi, Operativ Qərargah bu gün bir sıra qərarlar qəbul edib.

“Qafqazinfo” həmin qərarların qısa icmalını təqdim edir:

Yanvarın 18-dən “SMS” icazə ləğv olunur.

Yanvarın 25-dək Bakıya giriş-çıxış və rayon yolları bağlı olacaq.

Yanvarın 25-dən:

Ticarət obyektləri açılır;

“Mall”lar və iri ticarət mərkəzləri yenə işləməyəcək;

Bərbərxanalar və gözəllik salonları açılır;

Muzey və sərgi zalları açılır;

Şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur.

Fevralın 1-dən:

Restoran, kafe və çay evləri açılır;

Bakı metropoliteni fəaliyyət göstərməyəcək;

Həftəsonu ictimai nəqliyyat işləməyəcək.

Həmçinin qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə yenə məcburidir.

Xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılır.

Mənbə: qafqazinfo.az