Qəhrəman şəhidimiz Tural Vəliyev - VİDEO

Qəhrəman şəhidimiz Tural Vəliyev - VİDEO

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Döyüşlərdə iştirak etdiyini isə ailəsindən gizlədib. Söhbət İmişlidən olan şəhidimiz Tural Vəliyevdən gedir. O, vətən müharibəsinin ilk günündə şəhidlik zirvəsinə yüksəlib.

Tərxis olunmasına 3 ay qalmış şəhidlik zirvəsinə ucalıb.

İmişlinin Xəlfəli kənd sakini olan Tural Vəliyev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Onun bu ruhda yetişməsində atasının və əmisinin Birinci Qarabağ müharibəsində qazi olması da böyük rol oynayıb. Tural məktəb illərində də daim Milli Qəhrəmanların və Azərbaycan tarixində şücaətləri ilə iz buraxmış şəxslərin həyatı ilə maraqlanıb.

Tural Vəliyev 2019-cu ildə hərbi xidmətə yollanıb. Daşkəsəndəki hərbi hissədə qulluq edən zaman qüsursuz xidmətlərinə görə komandirlərinin rəğbətini qazanıb. Sentyabrın 27-də isə döyüşlərə qatılıb. O, ailəsi ilə sonuncu dəfə sentyabrın 20-də əlaqə saxlayıb. Döyüşlərə qatıldığını da yaxınlarından gizlədən Tural Vətən Müharibəsinin ilk günündə şəhidlik zirvəsinə yüksəlib.

Tural Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənbə: baku.ws