Nyu-Yorkda vaksin çatışmazlığı yarandı

Nyu-Yorkda vaksin çatışmazlığı yarandı

ABŞ-ın uzun müddət koronavirus pandemiyasının episenteri olan və 40 mindən çox insanın virusdan vəfat etdiyi Nyu-York ştatında vaksin çatışmazlığı yaranıb.

“Report”un Amerika bürosu xəbər verir ki, ştatın qubernatoru Endrü Komo bu günə qədər Nyu-Yorka göndərilən peyvəndlərin 74%-nin paylanıldığını, ancaq federal hökumətin kifayət qədər vaksin göndərə bilməməsi səbəbindən peyvəndləmə prosesinin dayanacağını deyib.

Komo vaksin çatışmazlığının səbəbkarının Donald Tramp administrasiyası olduğunu iddia edib. O, bildirib ki, federal hökumətdən daha çox vaksin tələb edilməsinə baxmayaraq, Nyu-Yorka bir həftə ərzində göndərilən vaksin sayı 300 min dozadan, 250 min dozaya endirilib.

Mənbə: cebhe.info