Dondurmada koronavirus aşkar edilib - şirkətin 1662 əməkdaşı karantinə götürülüb

Çinin Tianjin şəhərində dondurmalardan götürülmüş üç nümunədə yeni növ koronavirus (COVID-19) aşkar edilib.

Xezerxeber.az xəbər verir ki, "Tianjin Daqiaodao Food Co." tərəfindən istehsal olunan dondurmalardan götürülmüş nümunələr xəstəliklərə nəzarət mərkəzinə göndərilib.

Müayinələr nəticəsində dondurma nümunələrində COVID-19 aşkar edilib. Dərhal dondurmaların istehsalı dayandırılıb və şirkətin 1662 əməkdaşı karantinə götürülüb. Dondurmalardan 812-nin digər şəhərlərə paylandığı bildirilib.Səlahiyyətli şəxslər virusun necə keçdiyini müəyyənləşdirmək üçün işləyirlər.

Bu arada, Türkiyə Səhiyyə Nazirliyi koronavirus elmi komitəsinin üzvü Ateş Kara məsələyə münasibət bildirib. O deyib ki, Çində dondurmaya koronavirus, böyük ehtimalla test nəticəsi pozitiv çıxan əməkdaşdan keçə bilər. Soyuqda olduğu üçün virus daha uzun müddət qala bilər. Dünyada bu günə qədər qida ilə heç bir yoluxma qeydə alınmayıb. Çində bir anda istehsal olunan 4.836 qutu dondurmanın 3-də virusun pozitiv olduğu aşkarlanıb. Əvvala, bu, xəstəlik yarada biləcək bir virusdurmu, yoxsa virusun hissəsidirmi? Bunu qiymətləndirmək mümkün deyil. Ancaq bu vaxta qədər virusun qida ilə ötürülməsi halı aşkarlanmayıb".

Atif

Xezerxeber.az

ƏVVƏLKİ XƏBƏR

SOCAR istiqrazları sahiblərinə növbəti dəfə $1.25 milyon dollarlıq gəlir gətirəcək

SONRAKI XƏBƏR

Gürcü “boz kardinal”ın siyasi manevri: “Hökumət onun diktəsi ilə hərəkət edir”-Politoloq