Paytaxt sakinləri Şaxta babaya 45 mindən çox məktub göndərib

Paytaxt sakinləri Şaxta babaya 45 mindən çox məktub göndərib

Moskva sakinləri iki ay ərzində Yeni il poçtu ilə Şaxta babaya 45 mindən çox məktub göndəriblər.
Cebhe.info xəbər verir ki, bu barədə paytaxt merinin saytında yazılıb.

Məlumata görə, sözügedən aksiya Moskva şəhər Partiya Komitəsinin Şaxta babanın paytaxtdakı malikanəsilə birlikdə hazırlanıb və ötən ilin noyabrın 18-dən bu ilin yanvar ayının 15-nə qədər davam edib.

Bu dəfə məktublar ilk dəfə olaraq onlayn qəbul edilib.
Bundan başqa məktubları göndərmək üçün Moskvadakı parklarda 40-dan çox poçt qutuları quraşdırılıb.

"Bir çox ailələrdə yeni il ənənəsi var-Şaxta babaya arzu, istək və planlarla bağlı məktublar göndərilir. Uşaqlar və böyüklər Şaxta baba ilə həyatlarının xoşbəxt anlarını bölüşür, ona təbrik açıqcaları göndərir və öz ev heyvanları haqqında yazırlar",-deyə Moskva şəhər Partiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Mənbədən bildirilib ki, Şaxta baba bu il 45 mindən çox məktub alıb və onların hər biri cavablandırılaraq qışın sonuna qədər hər bir məktubda göstərilən ünvan üzrə paytaxt sakinlərinə çatdırılacaq.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info