Uhan laboratoriyasının alimlərindən ETİRAF: onun dişləri əlcəkdən...

Uhan laboratoriyasının alimlərindən ETİRAF: onun dişləri əlcəkdən...

Koronavirusun ilk meydana çıxdığı Çinin Uhan şəhərindəki laboratoriyada çalışan elm adamları virusa yoluxmuş yarasaların yerləşdiyi mağarada nümunələr toplayarkən yarasaların onları dişlədiyini etiraf ediblər.

Publika.az xəbər verir ki, bu barədə adını açıqlamayan çinli alim “Daily Mail”ə danışıb.

O, yarasanın dişlərinin rezin əlcəklərdən iynə kimi keçdiyini söyləyib.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatçıları koronavirusun mənbəyini təyin etmək üçün ölkədə araşdırmalarını davam etdirirlər.

Mənbə: publika.az