Simonyanı bitirən üç qadın – FOTO/Sensasion təfsilat

Simonyanı bitirən üç qadın – FOTO/Sensasion təfsilat

Ermənistanın “Joghovurd” qəzeti yazır ki, keçmiş spiker Alen Simonyanın hakim Vətən Müqaviləsi Partiyasındakı mövqeyinin zəifləməsinin bəzi detalları üzə çıxıb.

Hakim partiyanın idarə heyəti onun ən yaxın komanda yoldaşlarından biri olan və parlamentin iki daimi komitəsinin sədri vəzifəsinə namizəd göstərilən Hasmik Hakobyanı da kənarlaşdırıb. Söhbət İnsan Hüquqlarının Müdafiəsi üzrə Daimi Komitədən və Regional və Avrasiya İnteqrasiyası üzrə Daimi Komitədən gedir.

Partiyanın birincinin sədri vəzifəsinə Zaruhi Batoyan, ikincinin namizədi isə Trdat Sarkisyan seçilib. Seçilən namizədlərin heç birinin partiyanın idarə heyətinin üzvü olmaması, Hasmik Akopyanın isə idarə heyətinin üzvü olması və Alen Simonyanın ən yaxın komanda yoldaşlarından biri hesab olunması diqqət çəkir. Erməni nəşri yazır ki, Simonyan nə Konstitusiya Məhkəməsi Kollegiyasının iclasında, nə də səsvermədə iştirak etdib. O, xaricdə tətildədir. Qəzetin mənbələri iddia edib ki, onun siyasi təcrid prosesində üç qadın əsas rol oynayıb: “Simonyanın köməkçisi və məsləhətçisi olmuş Aşxen Ayrapetyan, Hasmik Hakobyan və parlamentin mətbuat şöbəsinin müdiri Laura Antonyan. Yeri gəlmişkən, bu yaxınlarda onlar birlikdə İtaliyada tətildə idilər”.

3 կանայք, որոնք խորտակեցին Ալեն Սիմոնյանի քաղաքական կարիերան. «Ժողովուրդ»

Mənbə bildirir ki, Simonyanın ən yaxın çevrəsini formalaşdıran, onun görüşlərinə nəzarət edən, çoxsaylı əlaqələrini məhdudlaşdıran və müxtəlif intriqalarla bir çox insanı ondan uzaq tutan məhz bu üçlükdür. Nəticədə, Simonyanın münasibətləri həm partiya daxilində, həm də xaricində gərginləşib, illər ərzində yığılan narazılıqlar ön plana çıxıb.

"Joghovurd" daha əvvəl xəbər vermişdi ki, partiyanın bir sıra nümayəndələri baş nazir Nikol Paşinyana Alen Simonyanın fəaliyyəti ilə bağlı sənədlər və materiallar paketi təqdim ediblər. Bu sənədlərə iddia edilən korrupsiya sövdələşmələri, himayədarlıq, klan sisteminin formalaşması, eləcə də həmkarlarına qarşı rəftarı ilə bağlı müxtəlif məlumatlar daxil edilib. Bu iddialar rəsmi olaraq təsdiqlənməyib.

Simonyana qarşı işləyən və onun fəaliyyətindən narazı qalan partiya üzvlərinin siyahısı da ddərc olunub: Hayk Sarkisyan, Vilen Qabrielyan, Armen Xaçatryan, Hayk Konjoryan, Hripsime Hunanyan, Ruben Rubinyan, Julieta Azaryan, Lusine Badalyan, Lisine Badalyan, Zaruhi Batoyan, Lisie Batoyan, Litsime Qripas, H. Lilit Stepanyan, Andranik Köçəryan, Heriknaz Tiqranyan, Mxitar Ayrapetyan və Hayk Tsirunyan.

Amma adı çəkilən şəxslərdən heç biri bu məlumatı ictimaiyyətə təsdiqləməyib. Xatırladaq ki, son illərdə mətbuatda Simonyan və ailəsinin aktivləri, bəyannamələri, eləcə də mümkün maraq toqquşmaları ilə bağlı çoxsaylı yazılar dərc olunub. Bu da baş nazirin siyasi qiymətləndirmələrinin formalaşmasına təsir göstərib.

Onu da deyək ki, ötən ay Simonyan və model sevgilisi Anela Qubryan rəsmi nikah üçün müraciət ediblər. Simonyan ötən il jurnalist Mariam Marqaryanla boşanıb. Cütlüyün bu nikahdan iki övladı var. Simonyanın yeni sevgilisi Anela Qubryan ondan təxminən 20 yaş kiçikdir.

Özündən 20 yaş kiçik modellə evlənir - FOTO

Xatırladaq ki,, Simonyan deputat mandatından imtina edəcəyini açıqlayıb. “Mandatı götürməyəcəyəm, deputat kimi parlamentə gəlməyəcəyəm. Bir qədər dincəlmək istəyirəm”, – deyə Simonyan bildirib.

"“Parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki hesab edirəm ki, bu vəzifəni Ermənistan tarixində ən uzun müddət icra edən və səlahiyyət müddətini tam başa vuran şəxs kimi mənim beşillik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və idarə heyəti var və mən həmişə demişəm ki, qərarı idarə heyəti verməlidir”, - əlavə edib.

Alen Simonyan “Vətəndaş müqaviləsi” partiyasının yeni parlamentdə spiker vəzifəsində onu deyil, Ruben Rubinyanı görmək istəməsinin onu incitdiyi barədə suala cavab verərkən bildirib:

“Mən idarə heyətinin qərarına tabe oluram və parlamentin sədri kimi fəaliyyətimi davam etdirməyəcəyəm. Bununla bağlı xüsusi bir incikliyim yoxdur. Düşünürəm ki, iş prosesində müəyyən dəyişikliklər olmalıdır. Hesab edirəm ki, hansısa mərhələdə, hansısa mövqedə ölkəmizə və partiyamıza faydalı ola bilərəm. Bu məsələni baş nazirlə müzakirə etmişəm, həmçinin idarə heyəti ilə də danışmışam. Mandatı götürməyəcəyəm və parlamentə deputat kimi gəlməyəcəyəm”.

Emil Salamoğlu

Mənbə: www.musavat.com