İran yerli peyvənddən əlavə 16 milyon koronavirus vaksini aldığını bildirib

İran yerli peyvənddən əlavə 16 milyon koronavirus vaksini aldığını bildirib

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranda Koronavirusa qarşı Mübarizə Mərkəzinin mətbuat katibi Əlirza Rəisi deyib.

İran rəsmisinin sözlərinə görə yerli peyvəndlərdən əlavə xaricdən 16,800,400 Covid-19 vaksin alınıb.

O, bu vaksinlərin ödənişi üçün 52 milyon dolların ayrıldığını bildirib.

O, İranda yerli imkanlar hesabına ərsəyə gətirilən vaksinlərdən əlavə, Kuba ilə birgə imzalanmış sənədə əsasən yeni vaksinin ərsəyə gətirildiyini və onun da gələn iki ay ərzində vurulacağını qeyd edib.

Qeyd edək ki, İranda koronavirusa yoluxduğu qeydə alınanlar 1,320,000 ölənlər isə 56,717 nəfərdir.

Mənbə: www.interaztv.com