İstanbulda evsiz vətəndaşlar otellərə yerləşdirilirlər

Artıq bir neçə gündür Türkiyənin Marmara bölgəsi, eləcə də İstanbul üçün proqnozlaşdırılan yağıntılı hava şəraiti yanvarın 16-dan etibarən öz təsirini göstərməyə başlayıb.

Olaylar.az xəbər verir ki, hidrometeoroloqların proqnozlarına əsasən İstanbulun yüksək bölgələrində qarın qalınlığının 20-40 santimetrə çatması gözlənilir.

Buna görə də İstanbul Valiliyi tərəfindən evsiz vətəndaşların qorunması məqsədilə "Heç kim bayırda qalmasın, qonaq edək" xüsusi kampaniya başladılıb. Keçirilən kampaniya çərçivəsində şəhərdəki bütün evsiz vətəndaşlar otellərə yerləşdirilir. İndiyədək şəhərin 39 rayonunun müxtəlif bölgələrindəki otellərdə yerləşdirilənlərin sayı 1323 nəfərə çatıb.

Bundan əlavə, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən küçə heyvanlarının qorunması məqsədilə daha bir kampaniya başladılıb. Kampaniya çərçivəsində şəhərin bütün rayonlarında küçə heyvanlarına yemək paylanmasına başlanılıb.

İstanbulda yağıntılı hava şəraitinin yanvarın 19-dək davam edəcəyi bildirilib.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

AVRO-2020 üçün müsahibə mərhələsinə start verilir –AFFA

SONRAKI XƏBƏR

ABŞ-ın qeyri-kommersiya təşkilatı “Telegram”ın “AppStore”dan silinməsi tələb edib