Kritik 9 gün: Virus xəstəsi bu müddətdə... - ÜST hamını düşündürən suala cavabı açıqladı

Koronavirusa yoluxan şəxsin hansı müddətdə yoluxucu olması barədə suallara uzun müddətdir ki, müxtəlif cavablar var.

Cebhe.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu barədə suala aydınlıq gətirib.

Bildirilib ki, ilk simptomlar özünü göstərdikdən 8-9 gün müddətində şəxsin yoluxdurma qabiliyyəti yüksək hesab olunur.

Bu barədə ÜST-ün nümayəndəsi Melita Vuynoviç məlumat verib.

O bildirib ki, yoluxucu olmaq üçün şəxsin orqanizmində canlı virus olmalıdır: “Xəstələrin əksəriyyəti ilk simptomlar özünü göstərdikdən 8-9gün ərzində yoluxucu olur".

O qeyd edib ki, ağır xəstə olanlarda isə bu müddət daha uzun ola bilər.

Xatırladaq ki, ÜST COVİD-19 xəstələri ilə təmasda olan hər kəs üçün 14 günlük özünütəcrid rejimini vacib hesab edir.

Son məlumatlara görə, dünyada 95 milyon yoluxan, 2 milyon ölüm halı qeydə alınıb.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Polietilen torba istehsalçıları ilə görüş keçirilib

SONRAKI XƏBƏR

Bu mesajı Şuşadan vermək Ermənistana siyasi, informativ zərbədir - Şərh