Yaponiyada quş qripi epidemiyası səbəbindən 5.8 milyon toyuq öldürülüb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi 36 əyalətdə 5 milyondan çox toyuq öldürülüb. Bu mövsümdə bu rəqəmin 6 milyona çatması gözlənilir.
Qeyd edək ki, quş qripi keçən ilin noyabr ayında Yaponiyanın Kaqava əyalətindəki bir toyuq fermasında aşkar edilmişdi.