Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu prinsiplər əsasında keçirilir

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bir sıra prinsiplər əsasında həyata keçirilir.

Trend-in məlumatına görə, koronavirusa qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün Strategiya aşağıdakı prinsiplərə əsaslanır:

5.1.1. könüllülük - mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməsi;

5.1.2. təhlükəsizlik- əhalinin sağlamlığının qorunması və SARS-CoV-2 virusunun törətdiyi COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsi;

5.1.3. şəffaflıq- vaksinasiya prosesinin maliyyələşdirilməsi (dövlət büdcəsi, Koronavirusla Mübarizəyə Dəstək Fondu və s.) və icrası barədə məlumatların əhaliyə şəffaf və əlçatan olması;

5.1.4. mərhələlilik- Strategiyanın hazırlıq, icra və vaksinasiyadan sonrakı mərhələlər şəklində ardıcıllıqla həyata keçirilməsi;

5.1.5. ədalətlilik- pandemiya ilə mübarizədə vaksinasiya hər bir fərd üçün (risk qruplarına prioritetlik verilməklə) onun gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparılması;

6 5.1.6. məsuliyyət-vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramının məsuliyyətli və vaxtında icra edilməsi;

5.1.7. əməkdaşlıq- pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq əlaqələrinin qurulması

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İsmayıllı rayonunda daha bir məktəb inşa olunur

SONRAKI XƏBƏR

Millimizin slovak və yunanlara qarşı heyəti açıqlandı