Qarabağda yenə erməni cəsədləri aşkarlandı

Qarabağda yenə erməni cəsədləri aşkarlandı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış tədbirləri zamanı daha 3 erməni əsgərinin qalıqları tapılıb.

Publika.az xəbər verir ki, cəsəd qalıqlarından ikisi Cəbrayılda, biri isə Bazarçay ərazisində aşkarlanıb.

Son döyüş əməliyyatları aparılan ərazidə axtarış işləri başlayandan bəri, ümumilikdə, 1238 erməni hərbi qulluqçusunun cəsədi və qalıqları aşkar edilib.

Axtarış işləri bu gün Ağoğlan (Hadrut), Füzuli və Cəbrayıl istiqamətində davam edəcək.

Mənbə: publika.az