Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub

Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub

Bu gündən Azərbaycanda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

APA-nın məlumatına görə, Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlər arasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da olub.

Qeyd edək ki, Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Mənbə: apa.az