İran "INSTEX" barədə Almaniyaya cavab verdi

İran "INSTEX" barədə Almaniyaya cavab verdi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Mərkəzi Bankı rəsmi "Tvitter" hesabında Avropanın İranla ticarət üçün yaratdığı maliyyə kanalı "INSTEX"in səmərəsizliyində Tehranı günahlandıran Almaniyaya cavab verib.

Paylaşımda aşağıdakı ifadələr yer alıb:

"INSTEX" kanalı nüvə sazişini xilas etmək üçün hazırlanmışdı, lakin Avropa ölkələrinin milli və müstəqil iqtisadi güclərindən istifadə etmək cəsarəti olmadığı üçün işə yaramadı. Həm də bu maliyyə kanalını maliyyələşdirmək üçün bir yol da tapmadılar.

Mal tədarükü və idxal üçün başqa kanallar olduğu halda İranın yalnız Avropanın maliyyə kanalı ayaq üstdə qalsın deyə istifadə etmək istəmədiyi açıqdır.

"INSTEX" ABŞ-ın sanksiyalarından asılı olmayaraq, İran və Avropa arasındakı ticarət əlaqələri formalaşdırmalı idi, sanksiyalardan asılı halda yox".

Almaniya Xarici İşlər Nazirliyi "INSTEX" kanalının təsirsizliyini və səmərəsizliyini etiraf edərək, bunda İranı günahlandırıb.

Almaniya, Fransa və İngiltərə ABŞ-ın 2018-ci ilin may ayında nüvə sazişindən çıxmasından sonra tətbiq olunan sanksiyaları aşmaq və İranla ticarət etmək üçün "INSTEX" adlı bir ödəmə mexanizmi qurmuşdular.

Mənbə: eastnews.org