Ötən il 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsə mənzil verilib

Ötən il 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsə mənzil verilib

Son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs mənzil və fərdi evlə, 400 müharibə əlili avtomobillə təmin edilib.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi ev, 7200-dən çox avtomobil verilib.

Mənbə: apa.az