Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb

Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb

Naftalan şəhər İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Afət Cabbarova tutduğu vəzifədən azad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

A.Cabbarovanın yerinə hələlik təyinat yoxdur.

Mənbə: apa.az