Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin ödənilməsinə başlanılıb

Vətən müharibəsi qəhrəmanları üçün təsis edilən təqaüdlərin yanvar ayı üçün ödənişinə başlanılıb.

Trend-in məlumatına görə, bunu 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatına həsr olunan mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov qeyd edib ki, ölkəmizdə yarım milyon nəfər müavinət, 1 milyon 250 min nəfər pensiya, 77 min nəfər ailə ünvanlı dövlət sosial yardım alır.
Nazir müavini qeyd edib ki, köçkünlərə verilən mənzillərin Qarabağ müharibəsi şəhidləri və qazilərinə verilməsi nəzərdə tutulur: "Bakı, Bakıətrafı ərazilərdə Sumqayıtda köçkünlət üçün tikilən 4700 mənzil nazirliyin balansına veriləcək. Bu, növbədə olan şəhid ailəsi və qazilərinin mənzil təminatının daha erkən həyata keçirilməsinə imkan verəcək".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Trampa kəşfiyyat məlumatları almağı qadağan etməliyik” – Şif

SONRAKI XƏBƏR

Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb