Yanvarın 31-də metroda gediş haqqı 40 qəpik olur? - RƏSMİ AÇIQLAMA

Yanvarın 31-də metroda gediş haqqı 40 qəpik olur? - RƏSMİ AÇIQLAMA

Yanvarın 4-dən Azərbaycanda Aİ-92 və dizelin qiyməti qaldırıldıqdan sonra bahalaşma ilə bağlı iddialar səngimək bilmir. Son iki gündə sosial şəbəkələrdə metroda gediş haqqının 40 qəpiyə qaldırılması ilə bağlı fikirlər səsləndirilir. Azərbaycanda yanvarın 31-də metroda gediş haqqı 40 qəpik olacaq?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələ belə bir rəsmi qərar yoxdur:

"Ümumiyyətlə metroda gediş haqqının qaldırılması ilə bağlı bir neçə dəfə xəbərlər yayılıb. Məndə ümumiyyətlə bu barədə məlumat yoxdur. Əgər belə bir qərar olardısa, bundan məlumatım olardı".

Mənbə: sonxeber.az