Türklərin yaşadığı regionda 40 min illik Boz qurd başı tapıldı

Rusiyanın Sibir vilayətinin şərqində fil dişi axtaran insanlar maraqlı kəşfə imza atıblar.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində 40 min illik qurd başı tapılıb.

Elmi jurnalın məqaləsinə əsasən, Saxa respublikasının Tirektyax çayı sahillərində tapılan qurd başının uzunluğu 41 sm-dir və bu ölçü müasir bir qurdun bədəninin yarısına bərabərdir. Yakutiyanın Elmlər Akademiyasının üzvü Albert Protopopov bildirib ki, iqlim dəyişikliyi səbəbindən havalar isindikcə regionda belə kəşflərin sayı artacaq. "CNN"ə müsahibə verən alim bildirib ki, qütblərdə donmuş qarların əriməsi nəticəsində yeni tarixi kəşflər üzə çıxıb.
Saxa respublikasında əhalinin yarıdan çoxu türkdilli xalqlardır.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...

SONRAKI XƏBƏR

DTX-nın həbs etdiyi baş redaktora hökm oxunub