"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...

"Şiveluç" oyanıb Kamçatkanın da yuxusunu qarışdırdı...

Rusiyanın Kamçatka yarımadasında "Şiveluç" vulkanı püskürüb.

Trend-in məlumatına görə, püskürmə nəticəsində 4,5 kilometr hündürlüyə kül sovrulub.

Külün yaşayış məntəqələrinə çatmadığı qeyd edilsə də, püskürməyə “narıncı” təhlükə səviyyəsi verilib.

 

Qeyd edək ki, "Şiveluç" vulkanının hündürlüyü 3283 metrdir və Klyuçi qəsəbəsindən 45 kilometr məsafədə yerləşir.

Mənbə: az.trend.az