Peyvənd vurulan 10 nəfər həyatını itirdi - FOTO

Peyvənd vurulan 10 nəfər həyatını itirdi - FOTO

Almaniyada "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan "Kovid-19" peyvəndi vurulan 10 nəfər həyatını itirib. Səbəbi araşdırılan ölümlərin yaş ortalamasının 79 ilə 93 arasında dəyişdiyi ifadə edilib.

Moderator.az xəbər verir ki, dünya miqyasında koronavirusla mübarizə çərçivəsində peyvəndləmə kampaniyaları bir çox ölkədə davam edir. Bu müddət ərzində Almaniyada peyvənd vurulan 842 min insandan 10-u peyvənddən sonra həyatını itirib.

Ölkədəki "Paul Ehrlich" İnstitutu ölümlərin səbəbini araşdırarkən bu şəxslərin daha əvvəl də bir sıra xəstəlikdən əziyyət çəkdiyini öyrənib. Bu şəxslərin peyvənddən bir neçə saat və 4 gün sonra həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, peyvəndlə əlaqəli olduğu düşünülən ölümlərin Avropanın digər ölkələrində də qeydə alındığı bildirilib.

Mənbə: moderator.az