Daha bir ölkədə koronavirusun “Braziliya ştamı” tapıldı

Daha bir ölkədə koronavirusun “Braziliya ştamı” tapıldı

Cənubi Koreyada koronavirusun “Braziliya ştamı”na rast gəlinib.

“RİA Novosti” bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə (KDCA) istinadən məlumat yayır.

“Hazırda virisun 18 mutasiyaya uğramış variantına rast gəlinib (15 “Britaniya ştamı”, 2 CAR, 1 “Braziliya ştamı”).

Bu gündən etibarən, ölkəyə girişdə dəyişdirilmiş virus üzərində nəzarət gücləndiriləcək, xaricdən gələnlərin hamısından gəldikdən sonra 24 saat ərzində götürülən PCR-test nəticəsini vermələri tələb olunacaq”, - deyə qeyd olunur.

Mənbə: www.oxu.az