Rusiyada vaksinasiya başlayıb

Rusiyada vaksinasiya başlayıb

Rusiya bütün ölkədə koronavirusa qarşı kütləvi peyvənd kampaniyasına başlayıb. Rəsmilərin verdiyi məlumata görə, COVID-19 peyvəndi pulsuz olacaq və istənilən ərazidə tətbiq oluna bilər.

Vaksinasiya proseduru zamanı üstünlük yaşlılara, xroniki xəstəlikləri olan xəstələrə və ictimai sahədə çalışanlara veriləcək. Paytaxtın ən böyük ticarət mərkəzlərindən biri də daxil olmaqla bütün Moskvada peyvənd tibb məntəqələri açılıb.

Eyni zamanda, Rusiyanın ucqar bölgələri olan Sibir və Uzaq Şərq də peyvəndlər göndərilib.

Sputnik-V peyvəndinin təxminən 7000 dozası Ural bölgəsinə çatdırılıb.

Məlumat üçün bildirək ki, Rusiyada koronavirusa yoluxma hadisələrinin ümumi sayı 3,5 milyonu ötüb. 66 mindən çoxu isə pandemiyanın qurbanı olub.

Mənbə: www.realtv.az