Koronavirusdan sağalanlara 5 ay sonra nə olur? - ARAŞDIRMA

Koronavirusdan sağalanlara 5 ay sonra nə olur? - ARAŞDIRMA

Koronavirusdan sağalanların təxminən üçdə birinin ilk 5 ay ərzində tənəffüs xəstəlikləri və ürək-damar problemləri səbəbiylə xəstəxanaya yerləşdirildiyi məlum olub.

Day.Az Redaktor.az-a istinadən xəbər verir ki, İngilis Milli Statistika İnstitutu COVID-19-dan sağalan 47 min 780 nəfər üzərində araşdırma aparıb. Araşdırma zamanı respondentlərin 30%-nin 140 gün ərzində ürək-damar problemləri, tənəffüs yolu xəstəlikləri kimi problemlərə görə xəstəxanaya müraciət etdiyi məlum olub.

Elmi tədqiqatlara cəlb olunan şəxslərin yaş ortalaması 65 olub. Onlar əsasən Afrika və Asiya mənşəli insanlar olublar.

Mənbə: news.day.az