Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətləri nə gözləyir? - VİDEO

Qarabağda qanunsuz fəaliyyət göstərmiş şirkətləri nə gözləyir? - VİDEO

Azərbaycan torpaqları işğalda olarkən 20-dən artıq ölkənin şirkəti orada qanunsuz fəaliyyət göstərib. Təkcə son 10 ildə həmin şirkətlər Qarabağa 470 milyon dollar məbləğində qanunsuz investisiya yatırıb. Ekspertlər bildirirlər ki, həmin şirkətlər məsuliyyətə cəlb edilə və ölkəyə dəyən zərər ödətdirilə bilər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərdən təzminat ala bilər...

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət orada qanunsuz fəaliyyət göstərib. Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərə məxsus bu şirkətlər işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər. Ümumilikdə Azərbaycanın işğal olunmuş ərazilərində 20-dən artıq ölkənin şirkəti qanunsuz fəaliyyət göstərib. Təkcə son 10 ildə həmin şirkətlər Qarabağa 470 milyon dollar məbləğində qanunsuz investisiya yatırıb. Bakı Dövlət Universitetinin Hüquq fakülətsinin dosenti Rahim Məmmədov deyir ki, Azərbaycanın İqtisadi fəaliyyət, investisiya və sahibkarlıq fəaliyyəti haqqında bir sıra qanunları var.Bu qanunların tələblərinə əsasən, həmin ərazilərdə həyata keçirilən istənilən iqtisadi fəaliyyət üçün mütləq lisenziya alınmaldır. Vətən Müharibəsindən sonra yaradılan komissiyanın əsas məqsədi də törətdiyi cinayətlərə görə təkcə Ermənistanın deyil, qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin də məsuliyyətə cəlb edilməsidir. 2015-ci ildə Nazirlər Kabineti 211 saylı qərar qəbul edib. Qərarda ölkə ərazisində fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslərin maliyyə məsələləri ilə bağlı həmin dövlətlərə ünvanlanan qaydalar öz əksini tapıb. Bu qanunlar əsasında həmin şirkətlər məsuliyyətə cəlb edilə və ölkəyə dəyən zərər ödətdirilə bilər. Həmin şirkətlərə qarşı qaldırılacaq iddiaların beynəlxalq hüquqi əsası kimi Azərbaycanın qoşulduğu bir sıra konvensiyalar da var.

Qanunsuz fəaliyyət nəticəsində Azərbyacana dəyən zərər müxtəlif üsullarla bərpa edilə bilər.

Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin rəhbərləri haqqında məlumatlar toplanıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Mənbə: news.milli.az