Toyota yolsuzluq avtomobillərini təkmilləşdirməyə davam edir

Toyota yolsuzluq avtomobillərini təkmilləşdirməyə davam edir

Əfsanəvi Land Cruiser Prado tam yeni mühərriki və "Black Pack" paketi ilə macəra həvəskarlarının görüşünə gəlir

Tam yeni mühərrikli Land Cruiser Pradonun yenilikləri arasında 204 at gücü, 150KW və 500 Nm fırlanma anı ilə 2.8 litrlik dizel mühərrik əsas yer tutur. Yeni 2.8 dizel mühərrikli Prado indi 3.0 dizel mühərriklə müqayisədə daha sürətli və yanacağa qənaətlidir.

6-pilləli avtomatik transmissiya, Land Cruiser Prado modelinin 0-dan 100 km/saat-a qədər 9.9 saniyəyə sürətlənməsinə və maksimum sürətinin 175 km/saat-a çatmasına imkan yaradır.

70 illik yolsuzluq irsini təmsil edən Toyotanın ikonik Land Cruiser Prado modeli möhtəşəm keyfiyyət, davamlılıq və etibarlılığı sayəsində öz unikal və dəbdəbəli yerini seqmentində qoruyub saxlayır.

Dinamikasını dəyişən yeni Land Cruiser Pradonun salonundakı təkmilləşdirilmələr də sahibini sevindirməyə bilməz. Belə ki, təkmilləşdirilmiş "Apple CarPlay" və "Android Auto "i dəstəkləyən yeni multimedia sistemi ilə yanaşı, ikinci nəsil Aktiv Təhlükəsizlik Texnologiyası (Toyota Safety Sense) da quraşdırılıb. Bu texnologiya Toqquşma Öncəsi Xəbərdarlıq Sistem (PCS) və Ağıllı Adaptiv Kruiz-Kontrol sistemlərini əhatə etmək üçün genişləndirilmişdir.

Nəzərinizə çatdıraq ki, Toyota Aktiv Təhlükəsizlik Sistemlərin bir məqsədi var. O da sürücünün, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhülkəsizliyini təmin etmək və güvəndə hiss etdirməkdir.

Bütün bu texnoloji yeniliklərlə yanaşı indi Land Cruiser "Black Pack" paketi ilə Prado model çeşidlərinə əlavə bir stil və nüfuz gətirir. Yeni, sifarişlə istehsal olunan "Black Pack" paketinə əlavə hava barmaqlıqları ilə ön və arxa bamperin rənglənməsi, qara duman lampası çərçivələri, qapı güzgüləri, qapı kəmər qəlibləri və yüngül lehimli disklər və s daxildir. Zərif "Onyx Black" nişanı bu unikal versiyaya müstəsnalıq gətirir.

Yenilənmiş Land Cruiser Pradonun yolsuzluq performansı və şəhərdaxili dinamikasının vəhdətini başqa heç bir SUV təklif edə bilməz. İndi təkmilləşmiş göstəriciləri və müasir texnologiyası sayəsində Land Cruiser Prado premium 4x4 avtomobil statusunda daha da möhkəmləndi .

Yenilənmiş, güclü və eyni zamanda zəngin dizayna malik Land Cruiser Prado avtomobilinin sınaq yürüşünə www.toyota.az veb səhifəsində onlayn yazıla bilərsiniz.

Mənbə: news.milli.az