Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb

"Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir”.

APA-nın məlumatına görə, bunu Millli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, saat 12-yə olan məlumata görə, gecə saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub: “Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub".

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək

SONRAKI XƏBƏR

Türkiyədə növbət İŞİD əməliyyatı keçirildi