Peyvənd vurulan insanlar niyə ölürlər? - PROFESSOR AÇIQLADI

Bəzi ölkələrdə koronavirusa qarşı peyvənd vurulan insanların ölməsi bu məsələ ilə bağlı dəhşətli iddiaları gündəmə gətirir.

Redaktor.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə üzrə nümayəndəsi professor Bahadır Sucaklı bu məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, ölümlərin peyvəndlə əlaqəli olduğunun heç bir elmi əsası yoxdur. Başqa sözlə, peyvənd vurulan insanların ölməsi acı təsadüfdür.

Sıcaklı viruslarla mübarizədə peyvəndin tutarlı silah olduğunu vurğulayıb:

"Peyvənd insanlarda virusa qarşı immunitet yaradır, xəstəliklə mübarizədə həlledici rol oynayır. Peyvəndlərin vurulması tamamilə təhlükəsiz prosesdir.".

Mütəxəssisin sözlərinə görə, insanların 60%-də koronavirusa qarşı immunitet formalaşsa, xəstəliyi tam şəkildə aradan qaldırmaq olar.

 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya hərbçiləri “Daşnak” liderlərini də dövlət sərhəddimizdən buraxdı – Sülh quşlarının növbəti HOQQASI / Video

SONRAKI XƏBƏR

Füzulinin Şəkərcik kəndindən görüntülər - VİDEO