İran peyvəndlərlə əlaqəli danışıqlar aparır

İran peyvəndlərlə əlaqəli danışıqlar aparır

Eastnews.org-un verdiyi xəbərə görə, İran hökuməti koronavirus peyvəndinin alınması istiqamətində Rusiya, Çin və Hindistanla danışıqlar aparıb.

Bu barədə İran hökuməti rəsmisi Əli Rabi məlumat verib.

Onun sözlərinə əsasən, İran hökumətinin məqsədi təhlükəsiz vaksinin alınmasıdır.

"COVAX-dan 16,8 milyon doza alacağıq. Bundan əlavə, Çin, Rusiya və Hindistanla (peyvəndin) alınması və təcili daşınması ilə əlaqədar danışıqlar apardıq. Biz mütləq bu ölkələrdən peyvənd almağa çalışırıq", - deyə Əli Rabii brifinq zamanı bildirib.

Mənbə: eastnews.org